Bakı. 23 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 27 sığorta şirkətinin xətti ilə təxminən 62,9 mln. manat həcmində sığorta haqqı toplanıb.
"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2,9% çoxdur.
Hesabat ayında sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin həcmi isə təxminən 10,3 mln. manat təşkil edib. Bu da 2014-cü ilin yanvar ayına nisbətən 27,8% çoxdur.
Təhlil olunan dövr ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 16,4 manat ödəniş edilib. Bu, 2014-cü ilin eyni dövründəki analoji göstəricidən 3,2 manat və ya 24,2% çoxdur.