​Azərbaycanın sığorta bazarı yanvarda 3% artıb

​Azərbaycanın sığorta bazarı yanvarda 3% artıb Sığorta şirkətlərinin ödənişləri isə 28% artıb
Maliyyə
23 Fevral , 2015 16:26
​Azərbaycanın sığorta bazarı yanvarda 3% artıb

Bakı. 23 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 27 sığorta şirkətinin xətti ilə təxminən 62,9 mln. manat həcmində sığorta haqqı toplanıb. 

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2,9% çoxdur.

Hesabat ayında sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin həcmi isə təxminən 10,3 mln. manat təşkil edib. Bu da 2014-cü ilin yanvar ayına nisbətən 27,8% çoxdur.

Təhlil olunan dövr ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 16,4 manat ödəniş edilib. Bu, 2014-cü ilin eyni dövründəki analoji göstəricidən 3,2 manat və ya 24,2% çoxdur.

Son xəbərlər

Orphus sistemi