Bu ilin I yarısında Azərbaycanda 361 milyon manatdan çox sığorta haqqı toplanılıb

Bu ilin I yarısında Azərbaycanda 361 milyon manatdan çox sığorta haqqı toplanılıb Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 361,337 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Maliyyə
18 İyul , 2019 12:45
Bu ilin I yarısında Azərbaycanda 361 milyon manatdan çox sığorta haqqı toplanılıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 361,337 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% azdır.

Altı ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 119,102 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 0,2% azdır.

2019-cu ilin yanvar-iyun aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 33 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 30,1 manat olub.

Son xəbərlər

Orphus sistemi