Yuxarı

​Azərbaycanın sığorta bazarı 8% artıb

9 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 127,4 milyon manat təşkil edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xəttilə 339,3 milyon manat sığorta haqqı toplanıb. "Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 8% çoxdur.

9 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 127,4 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 37,6 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-sentyabr aylarında 37,1 manat olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi