Azərbaycanın sığorta bazarı 25% böyüyüb - YENİLƏNİB

Azərbaycanın sığorta bazarı 25% böyüyüb - YENİLƏNİB Sığorta ödənişləri 8% azalıb
Maliyyə
19 Mart , 2018 17:44
Azərbaycanın sığorta bazarı 25% böyüyüb - YENİLƏNİB
Report

İlk xəbər saat 17:08-də verilib

Bakı. 19 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti illik müqayisədə, təxminən, 25,4% çox - 130,2 mln. manat məbləğində sığorta haqqı toplayıb, illik müqayisədə, təxminən, 7,7% az - 40,5 mln. manat sığorta ödənişi həyata keçirib. 

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, könüllü sığorta bazarı üzrə haqlar 106,8 mln. manat, ödənişlər isə 29,6 mln. manat təşkil edib. 

İcbari sığorta bazarı üzrə haqlar 23,4 mln. manat, ödənişlər isə 10,9 mln. manat olub.

2018-ci ilin yanvar-fevral ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 82%-i könüllü, 18%-i isə icbari sığorta növlərinin payına düşmüşdür. Sığorta ödənişlərinin 73%-i könüllü, 27%-i isə icbari sığorta növləri hesabına formalaşıb. 

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 31,1 manatı ödəniş edilib. 2017-ci ilin müvafiq dövründə bu göstərici 42,3 manat olub.

Son xəbərlər

Orphus sistemi