Azərbaycanın sığorta bazarı 10%-dən çox böyüyüb

Azərbaycanın sığorta bazarı 10%-dən çox böyüyüb Bu ilin əvvəlindən Azərbaycanda 462,654 mln. manat sığorta haqqı toplanılıb
Maliyyə
17 Noyabr , 2017 14:44
Azərbaycanın sığorta bazarı 10%-dən çox böyüyüb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin xətti ilə 462,654 mln. manat sığorta haqqı toplanılıb.

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% çoxdur.

10 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 7,3% artaraq 204,637 mln. manat təşkil edib.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,2 manatı ödəniş edilib. 2016-cı ilin müvafiq dövründə bu göstərici 45,4 manat olub.

Son xəbərlər

Orphus sistemi