Yuxarı

Azərbaycanın qeyri-həyat sığortası bazarı 19% artıb

​Qeyri-həyat sığortası bazarında yığım 19%, ödəniş 11% artıb

Bakı. 19 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 80,7%-i (82,1 mln. manat) qeyri-həyat sığortasının payına düşüb. Ötən ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 19,3% artıb.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, qeyri-həyat sığortası üzrə yığımların təxminən 35,8%-i (29,4 mln manat) tibbi sığorta, 12,4%-i (10,2 mln. manat) avtomobillərin icbari sığortası, 9,6%-i (7,9 mln manat) daşınmaz əmlakın icbari sığortası, 8,4%-i (6,9 mln manat) əmlakın yanğından və digər risklərdən sığortası, 6,8%-i (5,6 mln manat) KASKO sığortası, daha 6,8%-i (5,6 mln manat) hava nəqliyyatı vasitələrinin sığortası, qalan 20,2%-i (16,5 mln manat) isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə sığorta ödənişlərinin 81,7%-ni (19,6 mln manat) qeyri-həyat sığortası təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 42,1%-i (8,3 mln manat) tibbi sığorta, 24,4%-i (4,8 mln. manat) avtomobillərin icbari sığortası, 22,3%-i (4,4 mln manat) KASKO sığortası, qalan 11,2%-i (2,2 mln manat) isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqına görə 23,9 manat ödəniş edilib. Ötən ilin yanvar-fevral aylarında isə bu göstərici 25,6 manat olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi