​Azərbaycanın qeyri-həyat sığortası bazarı 14% artıb

​Azərbaycanın qeyri-həyat sığortası bazarı 14% artıb Yanvarda qeyri-həyat sığortası ilə bağlı ödənişlər isə 36% artıb
Maliyyə
23 Fevral , 2015 17:37
​Azərbaycanın qeyri-həyat sığortası bazarı 14% artıb

Bakı. 23 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda toplanan sığorta haqlarının 54,7 mln. manatı və ya 87%-i qeyri-həyat sığortasının payına düşüb.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi xəbərə görə, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 14,2% artıb.

Qeyri-həyat sığortası üzrə yığımların təxminən 48,7%-i (26,7 mln. manat) tibbi sığorta, 10,3%-i (5,6 mln. manat) hava nəqliyyatı vasitələrinin sığortası, 9,3%-i (5,1 mln. manat) avtomobillərin icbari sığortası, 7,5%-i (4,1 mln. manat) əmlakın yanğından və digər risklərdən sığortası, 7,5%-i (4,1 mln. manat) daşınmaz əmlakın icbari sığortası, 5,7%-i (3,1 mln. manat) kasko sığortası, qalan 11%-i (6 mln. manatı) isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

ASA-dan bildirilib ki, ötən ay sığorta ödənişlərinin 93,7%-ni və ya 9,7 mln. manatını qeyri-həyat sığortası təşkil edib. Bu, 2014-cü ilin eyni dövrünə nisbətən 35,8% çoxdur.

Ödənişlərin 41,7%-i (4 mln. manat) tibbi sığorta, 24,4%-i (2,4 mln. manat) kasko sığortası, 22,2%-i (2,2 mln. manat) avtomobillərin icbari sığortası, qalan 11,7%-i (1,1 mln. manat) isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqına görə 17,7 manat ödəniş edilib. Bu isə 2014-cü ilin ilk ayına nisbətən 18,8% çoxdur.

Son xəbərlər

Orphus sistemi