Azərbaycanın qeyri-bank kredit təşkilatlarından biri veksel buraxacaq

Azərbaycanın qeyri-bank kredit təşkilatlarından biri veksel buraxacaq ABŞ dollarında buraxılacaq qiymətli kağızların illik gəlirliliyi 14% olacaq
Maliyyə
8 Oktyabr , 2016 10:00
Azərbaycanın qeyri-bank kredit təşkilatlarından biri veksel buraxacaq

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Finoko" bank olmayan kredit təşkilatı (BOKT) 1 il müddətinə sadə veksellər buraxa bilər. "Report" xəbər verir ki, bununla bağlı qərar BOKT-un səhmdarlarının iyunun 25-də keçirilmiş ümumi yığıncağında qəbul edilib.

Qərara əsasən, veksellərin illik gəlirliliyi 14% olacaq. Qiymətli kağızlar ABŞ dollarında buraxılacaq.

Xatırladaq ki, "Finoko" ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 manat olan 100 min səhm əsasında formalaşıb. Səhmlərin 50%-i Elçin Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının sədri), 50%-i isə Elmar Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının üzvü) məxsusdur.

Son xəbərlər

Orphus sistemi