Azərbaycanın qeyri-bank kredit təşkilatı Sumqayıtda filial açmaq istəyir

Azərbaycanın qeyri-bank kredit təşkilatı Sumqayıtda filial açmaq istəyir BOKT-un aktivləri 10 mln. manatı keçib
Maliyyə
11 Oktyabr , 2016 11:18
Azərbaycanın qeyri-bank kredit təşkilatı Sumqayıtda filial açmaq istəyir

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Finoko" bank olmayan kredit təşkilatı (BOKT) gələn il Sumqayıt şəhərində ilk filialını açacaq. Bunu "Report"a açıqlamasında BOKT-un İdarə Heyətinin sədri Turan İsmayılov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi BOKT getdikcə böyüyür, işçilərinin sayını artırır və buna paralel olaraq onun fəaliyyəti regionlara doğru genişlənəcək.

"Nizamnamə kapitalımız 1 mln. manat olsa da, məcmu kapitalımızı 2,2 mln. manata çatdıra bilmişik. Hazırda aktivlərimiz 10,5 mln. manat ətrafındadır. Bunun da 9,7 mln. manatı kredit portfelinin payına düşür. 2016-cı ilin ilk üç rübünün yekununda 664 min manat xalis mənfəət əldə etmişik, bu isə əksər banklarla müqayisədə olduqca yaxşı göstəricidir", - deyə T.İsmayılov qeyd edib.

Xatırladaq ki, "Finoko" ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 manat olan 100 min səhm əsasında formalaşıb. Səhmlərin 50%-i Elçin Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının sədri), 50%-i isə Elmar Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının üzvü) məxsusdur.

Son xəbərlər

Orphus sistemi