Yuxarı
    Bağlamaq

    Azərbaycanın Qazaxıstandakı səfirliyinə ayrılan büdcə vəsaitinin istifadəsi yoxlanılıb

    © Report

    Bakı. 28 dekabr. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. İclasda dövlət büdcəsindən Azərbaycanın Qazaxıstandakı səfirliyi və Aktau şəhərində Baş Konsulluğunun saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına dair həyata keçirilmiş nəzarət tədbiri üzrə hesabat müzakirə olunub.

    “Report”un Palataya istinadən verdiyi xəbərə görə, dövlət büdcəsindən Azərbaycan Prezidenti yanında Gənclər Fonduna və subartezian quyularının layihələndirilməsi və tikintisi üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə dair yoxlamaların nəticələri də iclasda müzakirə mövzuları olub.

    İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

    İclasda həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi