Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3,5% artıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3,5% artıb Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri keçən ilin eyni dövrü ilə müqayisədə 3,5% artaraq 34,4 milyard manata bərabər olub.
Maliyyə
13 Dekabr , 2019 12:19

Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri keçən ilin eyni dövrü ilə müqayisədə 3,5% artaraq 34,4 milyard manata bərabər olub. 

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 17,4 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,0 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-noyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 3,1% və 3,9% artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 316,0 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 15,6 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 159,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 156,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

2019-cu ilin yanvar-noyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 21,2 %i ticarət müəssisələri, 50,5-i fərdi sahibkarlar tərəfindən, 28,3%-i isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,8%, fərdi sahibkarlar üzrə 2,0% artıb, bazar və yarmarkalarda isə 8,0% azalıb.Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 18,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Son xəbərlər

Orphus sistemi