Bakı. 11 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "MKT İstehsalat Kommersiya" MMC-nin istiqraz emissiyasını qeydə alıb. Bu barədə "Report"a Palatadan bildirilib.
Məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 20 000 ədəd faizli təmin edilməmiş istiqrazın dövriyyəyə buraxılmasını nəzərdə tutur. Qiymətli kağızların tədavül müddəti 24 ay, illik gəlirlik dərəcəsi 6%-dir, ümumi həcmi isə 20 mln. dollardır.