Azərbaycanın özəlləşdirmədən büdcə daxilolmaları 50 mln. manat təşkil edib

Azərbaycanın özəlləşdirmədən büdcə daxilolmaları 50 mln. manat təşkil edib ​Hesablama Palatası: Özəlləşdirmədən daxilolmaların icra səviyyəsinin aşağı olması ehtimalı var
Maliyyə
3 İyul , 2017 15:19
Azərbaycanın özəlləşdirmədən büdcə daxilolmaları 50 mln. manat təşkil edib

Bakı. 3 iyul. REPORT.AZ/ Hesablama Palatası özəlləşdirmədən daxilolmalar üzrə proqnoz göstəricinin yerinə yetirilməsi ehtimalının aşağı olduğunu bildirir. Belə ki, 2017-ci ilin 5 ayında bu mənbə üzrə daxilolmaların cari ilin 200 mln. manat məbləğində müvafiq büdcə tapşırığına nisbətən 50 mln. manat təşkil etməsi göstərilib. Bu isə, yanvar-may ayları üzrə müvafiq proqnozun cəmi 25%-nə bərabərdir.

“Report” bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişikliklər edilməsi barədə layihəyə Palatanın rəyinə istinadən xəbər verir. Qeyd edək ki, layihədə dövlət büdcəsinin kəsirinin özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və digər mənbələr hesabına (daxili və xarici borclanma, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) maliyyələşdirilməsi nəzərdə tutulub.

Ümumiyyətlə, Hesablama Palatasının 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdim etdiyi rəydə də özəlləşdirmədən daxilolmaların icra səviyyəsinin aşağı olduğu vurğulanıb. Rəydə 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi özəlləşdirmədən daxilolmalar üzrə 100 mln. manat məbləğində nəzərdə tutulduğu, ilin sonuna isə bu mənbədən dövlət büdcəsinə 68,768 mln. manat və ya 3,2 dəfə az olmaqla 31,232 mln. manat məbləğində vəsaitin daxil olduğu göstərilib. 

Son xəbərlər

Orphus sistemi