Azərbaycanın öz istəyi ilə bazarı tərk etmiş 3 sığorta şirkətinin lisenziyası ləğv edilib

Azərbaycanın öz istəyi ilə bazarı tərk etmiş 3 sığorta şirkətinin lisenziyası ləğv edilib Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb
Maliyyə
30 Dekabr , 2016 12:21
Azərbaycanın öz istəyi ilə bazarı tərk etmiş 3 sığorta şirkətinin lisenziyası ləğv edilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarı ilə “Buta Sığorta”, “Beynəlxalq Sığorta Şirkəti” və “Azərqarant Sığorta” ASC-lərə sığorta fəaliyyətinə verilmiş lisenziyalar sığortaçıların müraciətinə əsasən ləğv edilib. Bu barədə “Report”a Palatadan bildirilib.

Məlumata görə, sözügedən sığorta şirkətlərinin səhmdarlarının ümumi yığıncağı tərəfindən həmin sığortaçıların könüllü qaydada ləğv edilməsinə dair qəbul edilmiş qərarla bağlı MBNP-yə müraciət daxil olub. Palata “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə və Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən lisenziyaları ləğv edib.

Son xəbərlər

Orphus sistemi