​Azərbaycanın neft və qazın tranzitindən gəliri bu il 50% artacaq

​Azərbaycanın neft və qazın tranzitindən gəliri bu il 50% artacaq Fondun karbohidrogen satışından əldə edilən xalis gəlirlərində isə 13% azalma proqnozlaşdırılır
Maliyyə
20 Yanvar , 2015 11:33
​Azərbaycanın neft və qazın tranzitindən gəliri bu il 50% artacaq

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2015-ci il büdcəsində daxilolmaların 9,410 mln. manatını neft və qazın ölkə ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər təşkil edəcək. Bu, ötən illə müqayisədə 49,94% artım deməkdir. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən ARDNF-nin 2015-ci il üçün büdcəsində bildirilir. 

Fondun karbohidrogen satışından əldə edilən xalis gəlirlərində isə 13,19% azalma proqnozlaşdırılır. Belə ki, ARDNF-nin 2015-ci ilin büdcə daxilolmalarının 95,07%-ni və ya 9,741 mlrd. manatını Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogen nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət, marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Dövlət Neft Şirkətinin sərmayəçi, payçı və ya tərəfdaş olduğu layihələrdə onun sərmayəsinə və iştirak payına düşən gəlirlər istisna olmaqla) təşkil edəcək. Ötən il bu göstərici 11,221 mlrd. manat olub.

Bu il Fondun büdcə daxilolmlarında 2014-cü illə müqayisədə valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 30,24% artaraq 494,4 mln. manat həcmində proqnozlaşdırılır. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərməyəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı üzrə ödənişlər isə əksinə illik müqayisədə 5,61% daha az olmaqla 1,568 mln. manat səviyyəsində gözlənilir.

Qeyd edək ki, ötən gün prezident İlham Əliyev ARDNF-nin 2015-ci il büdcəsi haqqında fərman imzalayıb. Fərmanla Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirləri 10 246 611,9 min manat, xərcləri isə 11 813 909,2 min manat məbləğində təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi