Azərbaycanın Mərakeşdəki səfirliyinə ayrılan vəsaitin istifadəsi yoxlanılıb

Azərbaycanın Mərakeşdəki səfirliyinə ayrılan vəsaitin istifadəsi yoxlanılıb Bakı. 24 noyabr. REPORT.AZ/ Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.
Maliyyə
24 Noyabr , 2017 18:12
Azərbaycanın Mərakeşdəki səfirliyinə ayrılan vəsaitin istifadəsi yoxlanılıb
Report

Bakı. 24 noyabr. REPORT.AZ/ Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, iclasda dövlət büdcəsindən Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinin və dövlət rüsumlarının tutulmasına dair, dövlət büdcəsindən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə və Lənkəran Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunub.

Bundan başqa, müzakirə mövzuları arasında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin meliorasiya, mexaniki suvarma və qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələrinin funksional fəaliyyətinin, ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və xərclərin icrasının təhlilinə dair, “Sosial müavinət, kompensasiya və təqaüdlərin təminatının mövcud vəziyyətinin təhlili və səmərəliliyinin müəyyən edilməsi"nə dair nəzəarət tədbirləri də yer alıb.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi