Azərbaycanın mebel istehsalçısının səhmləri sürətlə bahalaşır

Azərbaycanın mebel istehsalçısının səhmləri sürətlə bahalaşır Son 20 gündə müəssisənin səhmləri 36% bahalaşıb
Maliyyə
16 Noyabr , 2016 10:28
Azərbaycanın mebel istehsalçısının səhmləri sürətlə bahalaşır

Bakı. 16 noyabr. REPORT.AZ/ "Savalan" ASC-nin səhmlərinin qiyməti sürətlə artmaqdadır. Bu barədə "Report" Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir.

Məlumata görə, noyabrın 15-də Birjada, təkrar bazarda müəssisənin 20 səhminin alqı-satqısı üzrə əqd bağlanılıb. Qiymətli kağızların nominal dəyəri 2 manat olsa da, onlar 63,5% baha - 3,27 manata realizə olunub.

Bu, son bir ayda "Savalan"ın səhmlərinin alqı-satqısı üzrə sayca 3-cü əqddir. Oktyabrın 27-də müəssisənin 20 səhmi 2,4 manatdan (nominal dəyərindən 20% baha), noyabrın 1-də isə daha 20 səhmi 2,87 manatdan (nominal dəyərindən 43,5% baha) alınıb-satılıb. Başqa sözlə, son 20 gün ərzində şirkətin səhmləri 36,25% bahalaşıb.

Xatırladaq ki, "Savalan" 1998-ci ildə yaradılıb, mebel istehsalı ilə məşğuldur. Onun nizamnamə kapitalı 2 416 824 manatdır. 

Son xəbərlər

Orphus sistemi