Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 62%-dən çox artıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 62%-dən çox artıb Bakı. 9 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanla MDB ölkələri arasında xarici ticarət dövriyyəsi 581 655,19 min ABŞ dolları təşkil edib.
Maliyyə
9 Mart , 2018 16:02
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 62%-dən çox artıb
Report

Bakı. 9 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanla MDB ölkələri arasında xarici ticarət dövriyyəsi 581 655,19 min ABŞ dolları təşkil edib.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, bunun 149 403,68 min dollarını ixrac, 432 251,51 min dollarını idxal əməliyyatları əhatə edib. Ölkə üzrə cəmi ixracın 6,76%, idxalın isə 29,78%-i məhz MDB ölkələrinin payına düşüb.

Ötən ilin eyni dövrü ilə müqayisədə MDB ilə ticarət dövriyyəsində 57,61%, o cümlədən ixracda 53,29%, idxalda 59,16% artım qeydə alınıb. Bu ilin ilk iki ayı ərzində MDB ölkələri ilə ticarətin mənfi saldosu 282 847,83 min dollar olub ki, bu da illik müqayisədə 62,45% çoxdur.

MDB ölkələri ilə ticarət döriyyəsində əsas yeri 327 123,75 min dollarla Rusiya tutub. Hesabat dövründə Rusiyaya ixrac 83 735,59 min dollar, bu ölkədən idxal isə 243 388,16 min dollar olub. Azərbaycanın cəmi ixracının 3,79%-i, idxalın isə 16,77%-i Rusiya ilə reallaşdırılıb.

Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşları arasında İtaliyadan sonra II, idxalda I, ixracda isə VIII yeri tutub.

İxracda Rusiyadan sonra Ukrayna (50 223,62 min dollar), Qazaxıstan (6 692,64 min dollar), Belarus (4 059,53 min dollar), Türkmənistan (3 525,05 min dollar), Özbəkistan (865,1 min dollar), Moldova (135,16 min dollar), Tacikistan (86,54 min dollar), Qırğız Respublikası (80,46 min dollar) sıralanıb.

İdxalda isə Rusiyadan sonra Belarus (71 569,17 min dollar), Ukrayna (54 940,01 min dollar), Qazaxıstan (31 978,12 min dollar), Türkmənistan (24 650,05 min dollar), Özbəkistan (4 399,09 min dollar), Moldova (1 037,52 min dollar), Qırğız Respublikası (235,99 min dollar), Tacikistan (53,4 min dollar) qərarlaşıb. 

Hesabata əsasən, MDB ölkələrindən yalnız Türkmənistana ixrac azalıb, digər ölkələrə isə artıb. İdxalda isə bütün ölkələr üzrə artım qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi