Azərbaycanın maliyyə sektorunun inkişafı Beynəlxalq Valyuta Fondu ilə müzakirə edilib

Azərbaycanın maliyyə sektorunun inkişafı Beynəlxalq Valyuta Fondu ilə müzakirə edilib Fond Azərbaycanda bank və sığorta sahəsində həyata keçirilən tədbirləri dəstəkləyir
Maliyyə
1 Mart , 2017 09:47
Azərbaycanın maliyyə sektorunun inkişafı Beynəlxalq Valyuta Fondu ilə müzakirə edilib

Bakı. 1 mart.REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "Report"a Palatadan bildirilib. 

Məlumata görə, görüşdə təşkilatlar arasında mövcud əməkdaşlığın uğurla davam etdiyini qeyd edən Rüfət Aslanlı maliyyə sektorunun dayanıqlığının artırılması istiqamətində BVF-nin Palataya verdiyi dəstəyi və tövsiyələri yüksək dəyərləndirdiyini bildirib. Tərəflər Palata tərəfindən bank və sığorta sektorlarının maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində görülmüş tədbirləri müzakirə ediblər. Bank sektorunun sağlamlaşdırılmasının Palatanın fəaliyyətinin əsas prioritetlərindən olduğunu vurğulayan R. Aslanlı, aparılmış restrukturizasiya tədbirləri nəticəsində bank sektorunda stabilləşmə meyllərinin müşahidə olunduğu barədə BVF-yə məlumat verib.

Həmçinin, qarşı tərəfə sığorta sektorunda əsas risklərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində hazırlanmış tədbirlər planının mərhələli şəkildə icra edildiyi barədə məlumat verilib.

Məhəmməd əl-Qorçi təmsil etdiyi qurumun ölkənin bank və sığorta sahəsində həyata keçirilən tədbirləri dəstəklədiyini və bu addımların maliyyə sektoruna mühüm töhfələr verəcəyinə əminliyini bildirib.

Son xəbərlər

Orphus sistemi