Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın maliyyə naziri "G-20" ölkələrinin nazirlər toplantısında iştirak edir

    Ankarada G-20 ölkələrin maliyyə nazirləri və mərkəzi rəhbərlərinin növbəti iclası keçirilir

    Bakı. 4 sentybar. REPORT.AZ/ Ankara şəhərində (Türkiyə) "G-20" ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin növbəti iclası işə başlayıb. "Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, iki gün davam edəcək toplantıda Azərbaycanın maliyyə naziri Samir Şərifov da iştirak edir. 

    “G-20” ölkələri rəhbərlərinin noyabr ayında Antalyada (Türkiyə) keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Türkiyənin “G-20” qrupuna sədrliyi dövründə müəyyən etdiyi prioritetlərə uyğun olaraq qlobal iqtisadiyyat, dayanıqlı və tarazlaşdırılmış inkişaf strategiyaları, investisiya və infrastruktur, beynəlxalq maliyyə arxitekturası, maliyyə bazarlarının tənzimlənməsi, beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparacaq. 

    Azərbaycan dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini birləşdirən “G-20”-nin builki ev sahibi kimi Türkiyə tərəfindən dəvətli ölkə qismində toplantılarda iştirak edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi