​Azərbaycanın ləğv edilmiş sığorta şirkətinin ödənişləri yığımını 71% üstələyib

​Azərbaycanın ləğv edilmiş sığorta şirkətinin ödənişləri yığımını 71% üstələyib "Buta Sığorta"nın daxilolmaları bu il 55% azalıb
Maliyyə
9 İyun , 2016 09:55
​Azərbaycanın ləğv edilmiş sığorta şirkətinin ödənişləri yığımını 71% üstələyib

Bakı. 9 iyun. REPORT.AZ/ Ötən ay ləğv edilməsinə qərar verilmiş "Buta Sığorta" ASC bu ilin yanvar-may ayları üzrə yığım və ödənişlərini açıqlayıb. Şirkətdən "Report"a verilən məlumata görə, cari ilin ilk 5 ayı ərzində 487,46 min manat sığorta haqqı toplanılıb. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 54,8% azdır.

Hesabat dövründə "Buta Sığorta"nın ödənişləri isə illik müqayisədə 8,7% azalaraq 833,659 min manata enib.

Göründüyü kimi, "Buta Sığorta"nın 5 aylıq yığımları ödənişlərindən 1,71 dəfə az olub.

Son xəbərlər

Orphus sistemi