Yuxarı
    Bağlamaq

    Azərbaycanın kredit ittifaqlarından birinin rəhbərliyi dəyişib

    Söhbət “Tərəqqi Kredit İttifaqı” MMC-dən gedir

    Bakı. 12 iyul. REPORT.AZ/ Gəncə şəhərinin Gülüstan qəsəbəsində fəaliyyət göstərən “Tərəqqi Kredit İttifaqı” MMC-yə yeni rəhbər təyin edilib.

    Bu barədə “Report”a ittifaqın təsisçisi və Müşahidə Şurasının sədri Rafiq Məmmədov məlumat verib.

    Onun sözlərinə görə, bu, Xalid Quliyevdir. O, yeni vəzifəsində Ceyhun Həsənzadəni əvəz edib.

    Xatırladaq ki, “Tərəqqi Kredit İttifaqı” 2010-cu ildə yaradılıb. Onun nizannamə kapitalı 4 400 manatdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi