Azərbaycanın kredit bazarında ucuzlaşma müşahidə olunur

Azərbaycanın kredit bazarında ucuzlaşma müşahidə olunur Depozit və əmanətlər üzrə isə faiz dərəcələri sabit qalıb
Maliyyə
13 Yanvar , 2017 16:43
Azərbaycanın kredit bazarında ucuzlaşma müşahidə olunur

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 2016-cı ilin noyabr ayında sabitlik göstərib. 

"Report" Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövründə manat ekvivalentində əmanət və depozitlər üzrə orta faiz dərəcəsi oktyabr ayı ilə müqayisədə 0,05 bənd artararaq illik 6,36% təşkil edib. Xarici valyutada əmanət və depozitlər üzrə isə noyabrda orta faiz dərəcəsi 0,04 bənd azalaraq 4,68%-ə düşüb.

Kommerisya bankları tərəfindən noyabrda verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyuta ekvivalentində müvafiq olaraq 12,18% və 9,16% təşkil edib. 

Xatırladaq ki, noyabrın 1-nə bu göstərici manatda 12,24%, xarici valyutada isə 9,63% olub. 

Son xəbərlər

Orphus sistemi