​Azərbaycanın könüllü sığorta bazarı 8% artıb

​Azərbaycanın könüllü sığorta bazarı 8% artıb İcbarı sığorta sektoru isə 27% genişlənib
Maliyyə
1 Avqust , 2015 12:35
​Azərbaycanın könüllü sığorta bazarı 8% artıb

Bakı. 1 avqust. REPORT.AZ/ Bu ilin ilk yarısında Azərbaycanda toplanmış sığorta haqlarının 63,3%-i və ya 153,3 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. "Report"un məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çoxdur.

İcbarı sığorta növlərində yığım isə 89,1 mln. manat və ya bazarın 35,7%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 26,7% böyüyüb.

Yarım ildə ümumi ödənişin 77,7%-i və ya 71,6 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 55,7% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 20,5 mln. manat və ya ümumi bazarın 22,3%-ni təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 5,7% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 46,7 manat ödəniş həyata keçirilib. Ötən ilin eyni dövründə isə bu göstərici 32,5 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,6 manatdan 23 manata düşüb.

Son xəbərlər

Orphus sistemi