​Azərbaycanın könüllü sığorta bazarı 6% artıb

​Azərbaycanın könüllü sığorta bazarı 6% artıb ​Azərbaycan sığorta bazarının 64%-i könüllü formalaşıb
Maliyyə
18 İyun , 2015 15:17
​Azərbaycanın könüllü sığorta bazarı 6% artıb

Bakı. 18 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 64,4%-i və ya 133,7 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% çoxdur.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, icbarı sığorta növlərində yığım isə 73,9 mln. manat və ya bazarın 35,6%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 21% böyüyüb.

Cari ilin ilk 5 ayında ümumi ödənişin 76,9%-i və ya 57,3 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 46% artıb. İcbari sığorta növləri üzrə ödəniş isə 17,2 mln. manat və ya ümumi bazarın 23,1%-ni təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 8% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 42,8 manat ödəniş həyata keçirilib. Ötən ilin eyni dövründə isə bu göstərici 31,2 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 26,2 manatdan 23,3 manata düşüb.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə ümumilikdə 207,6 mln. manat sığorta haqqı toplanıb. Bu da 2014-cü ilin eyni dövrünə nisbətən 11,1% çoxdur. 

Son xəbərlər

Orphus sistemi