Yuxarı

​Azərbaycanda investisiya şirkətlərinə yeni səlahiyyət verilib

İnvestorlar əməliyyat aparmaq üçün sənəd dövriyyəsinə və vaxta qənaət edəcək

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə yeni səlahiyyət verilib. Bu barədə "Report"a açıqlamasında "Kapital Menecment İnvestisiya Şirkəti" QSC-nin analitiki Cəfər İbrahimli məlumat verib.

Onun sözlərinə görə, indiyə qədər qiymətli kağızlarla əməliyyat aparmaq istəyən investorlar şəxsi depo hesabı açmaq üçün yalnız Milli Depozit Mərkəzinə (MDM) müraciət etməli idi. Həmçinin, əməliyyatdan sonra depo hesabından çıxarışı da MDM təqdim edirdi. 

"Bundan sonra isə investorlar investisiya şirkətinə müraciət edərək onlayn qaydada MDM-də depo hesabı açdıra, əməliyyatsonrası hesabdan çıxarışlarını al abiləcəklər. Bununla investorlar əməliyyat aparmaq üçün sənəd dövriyyəsinə və vaxta qənaət etmış olacaqlar", - deyə şirkət rəsmisi qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi