Yuxarı

​Azərbaycanın iki naziri İDB-nin illik toplantısına dəvət olunub

Hazırda Azərbaycan hökuməti tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı qərar vermək ərəfəsindədir

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və maliyyə naziri Samir Şərifov İslam inkişaf Bankının (IDB) Cakartada (İndoneziya) keçiriləcək 41-ci illik toplantısına (IDB Group 41st Annual Meeting) dəvət ediliblər. Bunu “Report”a IDB-nin Azərbaycan nümayəndəliyindən bildiriblər.

Məlumata görə, hazırda Azərbaycan hökuməti tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı qərar vermək ərəfəsindədir: “Ölkə başçısının sərəncamına uyğun olaraq, İslam İnkişaf Bankının Azərbaycandakı müdiri, iqtisadiyyat naziri Şahin Mustafayev, onun müavini isə maliyyə naziri Samir Şərifovdur. Buna görə də IDB-nin Direktorlar Şurasının toplantısında iştirak üçün dəvət məktubu hər iki nazirin adına göndərilib".

Xatırladaq ki, mayın 15-19-da İndoneziyanın paytaxtı Cakartada IDB Qrupun 41-ci illik toplantısı keçiriləcək. Görüş çərçivəsində mayın 18-19-da IDB Direktorlar Şurasının sessiyasının keçirilməsi də nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi