Azərbaycanın iki bankı tərəfdaşlıq müqaviləsi bağlayıb

Azərbaycanın iki bankı tərəfdaşlıq müqaviləsi bağlayıb Sənəd qarşılıqlı şəkildə bankomatlar şəbəkəsindən güzəştli istifadəni nəzərdə tutur
Maliyyə
5 Yanvar , 2017 09:56
Azərbaycanın iki bankı tərəfdaşlıq müqaviləsi bağlayıb

Bakı. 5 yanvar. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC bankomatların birgə istifadəsinə dair "PAŞA Bank" ASC ilə tərəfdaşlıq müqaviləsi bağlayaraq güzəştli bankomatlar şəbəkəsini daha da genişləndirib.

"Report"un "Bank VTB (Azerbaijan)"a istinadən verdiyi xəbərə görə, tərəflərin razılığına əsasən, hər iki bank öz bankomatından nağd pul çıxarılmasına görə, tərəfdaş bankın müştərilərindən əlavə komissiya tutmayacaq. Bununla da, "Bank VTB (Azerbaijan)"ın plastik kart sahibləri "PAŞA Bank" bankomatlarından nağd vəsaitləri daxili tariflə, yəni emitent tərəfdən öz terminallar şəbəkəsi üçün təyin olunmuş tariflə çıxara biləcək.

"Bank VTB (Azerbaijan)"ın güzəştli bankomatlar şəbəkəsinə, həmçinin VTB qrupa aid olan "VTB24", "VTB (Gürcüstan)", "VTB (Ukrayna)", "VTB (Qazaxıstan)", "VTB (Belarus)", "VTB Bank Moskva", həmçinin yerli "Accessbank" QSC daxildir.

"Əmək haqqı layihələrinin tətbiqi 2017-ci ildə "Bank VTB (Azerbaijan)"ın fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. Bankın səhmdarları "VTB Bank" ASC və “AtaHolding” ASC-dir. "Bank VTB (Azərbaycan)" ASC korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi