Azərbaycanın iki bağlanmış bankı qorunmayan əmanətlərin qaytarılmasına başlayıb

Azərbaycanın iki bağlanmış bankı qorunmayan əmanətlərin qaytarılmasına başlayıb Söhbət "Parabank" və "Dekabank"dan gedir
Maliyyə
13 Dekabr , 2016 09:12
Azərbaycanın iki bağlanmış bankı qorunmayan əmanətlərin qaytarılmasına başlayıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Parabank” və “Dekabank” ASC-lər qorunmayan əmanətlərin qaytarılmasına başlayıb. Bu barədə “Report”a bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADİF) bildirilib.

Məlumata görə, vətəndaşlar qorunmayan əmanətlərinin 10 min manata qədər hissəsini geri ala bilərlər. Daha iri məbləğdə əmanətlərin geri ödənilməsinə yaxın günlərdə başlanılacaq və bu barədə ADİF ictimaiyyəti məlumatlandıracaq. 

Son xəbərlər

Orphus sistemi