Azərbaycanın ​İcbari Sığorta Bürosunun nizamnaməsinə dəyişikliklər edilib

Azərbaycanın ​İcbari Sığorta Bürosunun nizamnaməsinə dəyişikliklər edilib İcbari Sığorta Bürosunun nizamnaməsi ikinci redaksiyada dövlət qeydiyyatına alınıb
Maliyyə
16 Yanvar , 2015 10:42
Azərbaycanın ​İcbari Sığorta Bürosunun nizamnaməsinə dəyişikliklər edilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanın "İcbari sığortalar haqqında" qanununa 2014-cü ilin noyabrında edilmiş dəyişikliklərlə əlaqədar İcbari Sığorta Bürosunun (İSB) nizamnaməsinə dəyişikliklər həyata keçirilib. Bu barədə "Report"a İSB-dən məlumat verilib.

Məlumata görə, dəyişikliklər nizamnamədə olan maddələrə edilən bəzi əlavələrlə bağlı olub. Bu əlavələr "İcbari sığortalar haqqında" qanuna Yaşıl Kart Sistemi və İSB-nin sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməsi ilə bağlı müddəalardır.

Xatırladaq ki, müvafiq dəyişiklikləri əks etdirən İSB-nin nizamnaməsi ikinci redaksiyada yanvarın 13-də dövlət qeydiyyatına alınıb.

Son xəbərlər

Orphus sistemi