Yuxarı

Azərbaycanın fond bazarı kəskin azalıb

Bu ilin əvvəlindən borc alətləri bazarı isə 29 dəfə azalaraq 33 mln. manata enib

Bakı. 6 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 1 458 648 788,30 manat təşkil edib.

"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə birjada kəskin azalma (-4,31 dəfə) müşahidə olunub. Ötən ilin müvafiq dövründə bu göstərici 6 280 337 420,42 manat olub.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 16,1 dəfə artaraq 14 914 881,15 manatdan 240 232 568,18 manata çatıb. Pay bazarı 21,6 dəfə azalaraq 130 977 876,2 manatdan 6 059 297,87 manata, borc alətləri bazarı isə 28,9 dəfə azalaraq 952 916 727,73 manatdan 32 985 876,27 manata enib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi