Azərbaycanın ən iri plastik boru istehsalçısı bu ilin I yarısını 3 mln. manatdan çox mənfəətlə başa vurub

Azərbaycanın ən iri plastik boru istehsalçısı bu ilin I yarısını 3 mln. manatdan çox mənfəətlə başa vurub Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin iyulun 1-nə “Metak” MMC-nin cəmi aktivləri 72 mln. 64 min 687 manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 5 mln. 117 min 26 manat və ya 7,64% çoxdur.
Maliyyə
14 Noyabr , 2018 12:11
Azərbaycanın ən iri plastik boru istehsalçısı bu ilin I yarısını 3 mln. manatdan çox mənfəətlə başa vurub

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin iyulun 1-nə “Metak” MMC-nin cəmi aktivləri 72 mln. 64 min 687 manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 5 mln. 117 min 26 manat və ya 7,64% çoxdur.

“Report” şirkətin 2018-ci il üçün yarımillik hesabatına istinadən xəbər verir ki, hesabat dövründə “Metak”ın cəmi cari aktivləri 50 mln. 221 min 729 manat, cəmi uzunmüddətli aktivləri 21 mln. 842 min 958 manat olub.

MMC-nin öhdəliklərinə gəlincə, müqayisə olunan dövrdə bu göstərici 1 mln. 494 min 290 manat və ya 3,75% artaraq 39 mln. 862 min 63 manat olub. Bu ilin iyulun 1-nə “Metak”ın cəmi cari öhdəlikləri 22 mln. 886 min 353 manat, cəmi uzunmüddətli öhdəlikləri 18 mln. 470 min manat təşkil edib.

Bu ilin əvvəli ilə müqayisədə iyulun 1-nə “Metak”ın cəmi kapitalı 3 mln. 622 min 736 manat və ya 13,38% artaraq 30 mln. 708 min 334 manat təşkil edib. Qurumun nizamnamə kapitalı 7 mln. 635 min 990 manat və ya 61,76% artaraq 20 mln. manata yüksəlib.

Bu ilin 6 ayında “Metak”ın məhsul satışından gəlirləri 38 mln. 227 min 998 manat, satılmış məhsulun maya dəyəri 31 mln. 270 min 156 manat olub. Ümumi mənfəət isə 6 mln. 957 min 842 manat təşkil edib, əməliyyat gəliri 4 mln. 333 min 147 manat, sair qeyri-əməliyyat gəliri və xərci 33 min 350 manat olub. Hesabat dövründə şirkətin satış və marketinq xərcləri 760 min 540 manat, ümumi və inzibati xərcləri 1 mln. 864 min 155 manat, maliyyə xərcləri 1 mln. 234 min 91 manat təşkil edib.

“Metak” bu ilin I yarısını 3 mln. 132 min 406 manat mənfəətlə başa vurub.

Son xəbərlər

Orphus sistemi