Azərbaycanın EBRD-yə borcu 35 mln. avro artıb

Azərbaycanın EBRD-yə borcu 35 mln. avro artıb EBRD-nin Azərbaycana ayırdığı vəsaitlərin həcmi 46 mln. avro artıb
Maliyyə
24 Noyabr , 2016 13:00
Azərbaycanın EBRD-yə borcu 35 mln. avro artıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üçün ayırdığı vəsaitlərin həcmi 46 mln. avro yaxud 1,82% artaraq 2 571 mln. avroya yüksəlib. “Report”un məlumatına görə, Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə dəyişməyərək əvvəlki kimi 160 olub.

Hazırda EBRD Azərbaycanda 57 aktiv layihə üzrə kredit portfelinə malikdir ki, bu layihələr üzrə məcmu portfel 15 mln. avro yaxud 1,52% artaraq 1 mlrd. avroya çatıb.

Məlumata görə, hazırda Azərbaycanın Banka ödəmələrinin həcmi də 35 mln. avro yaxud 1,97% artaraq 1 808 mln. avroya çatıb.

EBRD-nin Azərbaycandakı əməliyyat aktivlərində də artım müşahidə edilib. Belə ki, Bankın əməliyyat aktivləri 10 mln. avro yaxud 1,68% artaraq 604 mln. avro civarındadır.

Son xəbərlər

Orphus sistemi