Yuxarı
    Bağlamaq

    Azərbaycanın dövlət qiymətli kağızlar bazarı kəskin azalıb

    Bu ilin yanvar-avqust aylarında fond bazarı ümumilikdə 11% azalıb

    Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 7 341,296 mln. manat təşkil edib. "Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır.

    Hesabata əsasən, dövlət qiymətli kağızlar bazarı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb. Bazarın həcmi illik müqayisədə təxminən 26 dəfə azalaraq 496,1 mln. manatdam 19,2 mln. manata düşüb.

    BFB-nin dövriyyəsinin 0,26%-i və ya 19,2 mln. manatı dövlət qiymətli kağızlar bazarı, 2,02%-i və ya 148,0 mln. manatı pay bazarı, 20,71%-i və ya 1 520,3 mln. manatı borc alətləri bazarı, 75,5%-i və ya 5 540,3 mln. manatı törəmə maliyyə alətləri bazarının payına düşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi