Yuxarı

Azərbaycanın dövlət büdcəsində 833 mln. manatlıq profisit yaranıb

Dövlət büdcəsinin icrasında ÜDM-in ümumi daxili məhsulun 20,8%-i qədər profisit yaranıb

Bakı. 17 mart. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycan dövlət büdcəsinin gəlirləri 1 349,6 mln. manat, xərcləri 516,4 mln. manat təşkil edib. "Report"un Dövlət Statsitika Komitəsinə istinadən verdiyi xəbərə görə, büdcənin icrasında 833,2 mln. manatlıq və ya ümumi daxili məhsulun 20,8%-i qədər profisit yaranıb.

Daxilolmaların 26,8%-i əlavə dəyər vergisi, 10,7%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 12,8%-i fiziki şəxslərin gəlir vergisi, 2,9%-i aksizlər, 7,4%-i digər vergilər, 39,4%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 2,7%-i iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 39,5%-i sosial müdafiə və sosial təminat, 5,3%-i təhsil, 1,5%-i səhiyyə sahələrinin, 51,0%-i isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi