Azərbaycanın dövlət büdcəsində 539 mln. manatlıq kəsir yaranıb

Azərbaycanın dövlət büdcəsində 539 mln. manatlıq kəsir yaranıb Yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 10 788,8 mln. manat, xərcləri 11 327,5 mln. manat təşkil edib
Maliyyə
15 Sentyabr , 2017 16:43
Azərbaycanın dövlət büdcəsində 539 mln. manatlıq kəsir yaranıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 10 788,8 mln. manat, xərcləri 11 327,5 mln. manat təşkil edib.

“Report” bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumata əsasən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə büdcə gəlirləri  30,3%, büdcə xərcləri isə 21,2% artıb. Büdcənin icrasında 538,7 mln. manatlıq və yaxud ümumi daxili məhsulun 1,2%-i qədər kəsir yaranıb. 

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 34,3% artaraq 9410,1 mln. manata, xərcləri isə 19,2% artaraq 9765,6 mln. manata çatıb. Büdcənin icrasında yaranmış 355,5 mln. manatlıq kəsir ümumi daxili məhsulun 0,9%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi