Yuxarı

Azərbaycanın dövlət büdcəsində 51 mln. manatlıq kəsir yaranıb

Büdcə daxilolmalarının təxminən yarısı vergi olmayan gəlirlər hesabına təmin edilib

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 13 874,1 mln. manat, xərcləri 13 925,3 mln. manat təşkil edib, büdcənin icrasında 51,2 mln. manatlıq və ya ümumi daxili məhsulun 0,1%-i qədər kəsir yaranıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, daxilolmaların 19,1%-i əlavə dəyər vergisi, 13,9%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,4%-i fiziki şəxslərin gəlir vergisi, 3,9%-i aksizlər, 7,2%-i digər vergilər, 49,5%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 39,0%-i iqtisadiyyatın inkişafı və tənzimlənməsi, 11,5%-i sosial müdafiə və sosial təminat, 8,0%-i təhsil, 3,7%-i səhiyyə sahələri, 37,8%-i isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi