Azərbaycanın dövlət büdcəsində 319 mln. manatlıq profisit yaranıb

Azərbaycanın dövlət büdcəsində 319 mln. manatlıq profisit yaranıb Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib
Maliyyə
17 Fevral , 2017 17:59
Azərbaycanın dövlət büdcəsində 319 mln. manatlıq profisit yaranıb

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanın dövlət büdcəsinə bu ilin yanvar ayında 1 243,6 mln. manat vəsait daxil olub. 

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən açıqlama yayıb. 

Açıqlamada deyilir ki, ötən ay büdcədən 924,9 mln. manat vəsait xərclənib. Son nəticədə büdcənin icrasında 318,7 mln. manatlıq profisit yaranıb ki, bu da ümumi daxili məhsulun 6,1%-i qədərdir. 

Son xəbərlər

Orphus sistemi