Yuxarı

​Azərbaycanın daşınmaz əmlakın icbari sığortası bazarı ötən il 24% artıb

Bağlanmış daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 80%-i yaşayış evləri və mənzillərlə bağlı olub

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü ildə 152 111 sayda daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanıb. Həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği isə 16 mln. manata yaxın olub. Bu barədə "Report"a İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.

Əvvəlki ilə nisbətən bu icbari sığorta növündə bağlanmış müqavilələrin sayında 36,1%, sığorta haqlarının məbləğində 23,8% artım müşahidə edilib.

Bağlanmış daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 80,4%-i yaşayış evləri və mənzillər, 0,3%-i inzibati binalar, 19,3%-i digər daşınmaz əmlakla bağlı olub.

İcbari qaydada sığortalanmış yaşayış evləri və mənzillərin ölkənin şəhər və rayonları üzrə bölgüsü aşağıdakı kimi olub:

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi