Yuxarı

Azərbaycanın daşınmaz əmlakın icbari sığortası bazarı 30% artıb

Daşınmaz əmlakın icbari sığortası üzrə bağlanan müqavilələrin sayında isə 2 dəfə artım qeydə alınıb

Bakı.1 sentyabr.REPORT.AZ/ Cari ilin avqust ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 17 445 sığorta müqaviləsi bağlanılıb.

"Report"un İcbari Sığorta Büsouna (İSB) istinadən verdiyi xəbərə görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 2,1 mln. manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 87,5%-i yaşayış evləri və mənzillər, 0,2%-i inzibati binalar, 12,3%-i isə digər daşınmaz əmlakla bağlı olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 2 dəfə, sığorta haqlarının məbləğində isə 30% artım müşahidə edilib.

Avqustda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 250, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 4 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 16 470 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxilolmalar isə 1 443 manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi