Yuxarı

Azərbaycanın daşınmaz əmlakın icbarı sığortası bazarı 10% artıb

İcbarı sığortaya cəlb olunan daşınmaz əmlakın 40%-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin payına düşüb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 907 sığorta müqaviləsi bağlanıb. "Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,6 mln. manat təşkil edib. 

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 65,13%-i yaşayış evləri və mənzillər, 0,41%-i inzibati binalar, 34,47%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 37,4% azalma, sığorta haqlarının məbləğində isə 9,6% artım müşahidə edilib.

Məlumata əsasən, avqust ayında icbarı sığortaya cəlb olunan daşınmaz əmlakın 40%-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin payına düşüb.

Avqust ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 175, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 15 090 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 1 218 manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi