Azərbaycanın Çexiyadakı səfirliyinin saxlanılmasına büdcədən ayrılmış vəsaitlərin istifadə vəziyyəti yoxlanılıb

Azərbaycanın Çexiyadakı səfirliyinin saxlanılmasına büdcədən ayrılmış vəsaitlərin istifadə vəziyyəti yoxlanılıb Bakı. 19 iyul. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
Maliyyə
19 İyul , 2018 16:33
Azərbaycanın Çexiyadakı səfirliyinin saxlanılmasına büdcədən ayrılmış vəsaitlərin istifadə vəziyyəti yoxlanılıb
Hesablama Palatası / Report
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

“Report”un Palataya istinadən verdiyi xəbərə görə, iclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Gənclər və İdman Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsindən Azərbaycanın Çex Respublikasındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına dair auditin nəticələrinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Bundan başqa, Azərbaycan Milli Kitabxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair və Dünya Bankından kreditlər cəlb edilməklə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri - II” Layihəsi üzrə vəsaitlərin istifadəsinə nəzartə təsbirləri üzrə yoxlamaların nəticələri müzakirə mövzusu olub.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub.

Son xəbərlər

Orphus sistemi