Azərbaycanın boru istehsalçısının istiqrazlarını 3 investor alıb

Azərbaycanın boru istehsalçısının istiqrazlarını 3 investor alıb Bakı. 30 yanvar. REPORT.AZ/ Yanvarın 29-da Bakı Fond Birjasında (BFB) “Metak” MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
30 Yanvar , 2018 11:41
Azərbaycanın boru istehsalçısının istiqrazlarını 3 investor alıb
Report

Bakı. 30 yanvar. REPORT.AZ/ Yanvarın 29-da Bakı Fond Birjasında (BFB) “Metak” MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal qiyməti 1 000 manat olan 2 000 ədəd (2 mln. manatlıq) istiqraz çıxarılıb.

Qiymətli kağızları 150, 200 və 1 650 ədəd olmaqla 3 investor alıb.

Qeyd edək ki, BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə daxil edilmiş istiqrazlar 1 il müddətində dövriyyədə olacaq. Onların illik gəlirliliyi 14%-dir. Faizlər 3 aydan bir ödəniləcək. Prosesin anderrayteri “Azfinance” investisiya şirkətidir.

Emissiya prospektinə əsasən, tələb təklifdən çox olduğu halda eyni qiymətlə təqdim edilən sifarişlər mütənasib qaydada təmin ediləcək. Əlavə olaraq, emitentin qanunvericiliyə uyğun olaraq istiqrazları ilkin yerləşdirmədə əldə etmiş investorlardan onları 6 aydan sonra geri satın alması nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi