Azərbaycanın boru istehsalçısı 2 mln. manatlıq istiqraz buraxır

Azərbaycanın boru istehsalçısı 2 mln. manatlıq istiqraz buraxır Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanda polad və plastik boruların istehsalı ilə məşğul olan “Metak” MMC Bakı Fond Birjasının (BFB) “Listinq Məsləhət Proqramı” (LAP) çərçivəsində növbəti mərhələyə start verib.
Maliyyə
12 Dekabr , 2017 16:50
Azərbaycanın boru istehsalçısı 2 mln. manatlıq istiqraz buraxır

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanda polad və plastik boruların istehsalı ilə məşğul olan “Metak” MMC Bakı Fond Birjasının (BFB) “Listinq Məsləhət Proqramı” (LAP) çərçivəsində növbəti mərhələyə start verib.

“Report” BFB-yə istinadən xəbər verir ki, şirkətin istiqrazlarının buraxılışı üzrə emissiya prospekti dövlət qeydiyyatına alınıb və listinq üçün Birjaya müraciət edilib.

“Metak”ın yerləşdiriləcəyi istiqrazlarının sayı 2 000 ədəd, hər birinin nominal dəyəri 1 000 manat, onların illik gəlirliliyi isə 14% təşkil edir. Faizlər 3 aydan bir ödəniləcək.

Emitent qanunvericiliyin tələblərinə uyğun olaraq, istiqrazları ilkin yerləşdirmədə əldə etmiş investorlardan 6 aydan sonra geri satın almaq barədə öhdəlik götürüb.

Xatırladaq ki, LAP şirkətlərə Azərbaycanın kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqi məqsədi daşıyır. “Metak” Proqrama bu il martın 28-də qoşulub. 

Son xəbərlər

Orphus sistemi