Yuxarı

Vüqar Gülməmmədov: “Büdcə kəsiri 2018-ci ildə proqnozlaşdırılandan xeyli az olub”

Azərbaycanın borc dayanıqlığı ilə bağlı vəziyyət məqbul həddədir

“Büdcə kəsiri 2018-ci ildə proqnozlaşdırılandan xeyli az olub”.

“Report” xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, kəsirin maliyyələşmə mənbəyi olaraq vahid xəzinə hesabının qalığı və qrantlar üzrə daxilolmalardan da bu məqsədlə istifadə edilməyib: “Ümumiyyətlə, vahid xəzinə qalığı ilin əvvəlinə olan büdcə gəlirlərinin 7,3 faizinə bərabər olub. Hesabat ilində daxili və xarici borclanmanın 2018-ci ilin dövlət büdcəsi haqqında qanunla müəyyən edilmiş yuxarı hədləri gözlənilib, ümumi dövlət borcu məbləğinin 92 faizi xarici dövlət borcuna, 8 faizi daxili dövlət borcuna aid olub. Son bir neçə ildə dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər artım dinamikasına malik olub. Bununla belə, Hesablama Palatasının beynəlxalq təcrübədə tətbiq edilən mütərəqqi yanaşmalardan, habelə beynəlxalq standartlar və nəzəriyyədə təklif olunan metodlardan istifadə olunmaqla apardığı hesablamalar Azərbaycan Respublikasının borc dayanıqlığı ilə bağlı vəziyyətin məqbul həddə olduğunu göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, valyuta ehtiyatlarımızın xarici borcumuzu 4-5 dəfə üstələməsi də buna bariz nümunədir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi