Azərbaycanın bank sektorunun xarici öhdəlikləri artıb

Azərbaycanın bank sektorunun xarici öhdəlikləri artıb Bu, manatın məzənnəsinin zəifləməsi ilə bağlıdır
Maliyyə
11 Fevral , 2017 13:26
Azərbaycanın bank sektorunun xarici öhdəlikləri artıb

Bakı 11 fevral. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin həcmi bu il yanvarın 1-nə 7 224,8 mln. manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki bu, ötən il dekabrın 1-i ilə müqayisədə 185,7 mln. manat və ya 2,64% çoxdur. 

Son 1 ildə isə bankların xarici öhdəlikləri 979,7 mln. manat və ya 11,94% azalıb.

"Report"un analitik qrupu hesab edir ki, xarici öhdəliklərinin dekabr ayında artması manatın məzənnəsinin zəifləməsi ilə bağlıdır. Milli valyuta ucuzlaşmaqda davam etdiyi üçün xarici öhdəliklərin bu ilin yanvar ayında da artım nümayiş etdirməsi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi