Azərbaycanın bank sektorunun aktivləri 2 illik fasilədən sonra yenidən 30 milyard manatı ötüb

Azərbaycanın bank sektorunun aktivləri 2 illik fasilədən sonra yenidən 30 milyard manatı ötüb Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 30 090,0 milyon manat təşkil edib.
Maliyyə
30 Avqust , 2019 17:15
Azərbaycanın bank sektorunun aktivləri 2 illik fasilədən sonra yenidən 30 milyard manatı ötüb

Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 30 090,0 milyon manat təşkil edib. 

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,37%, ötən il iyulun 1-nə nisbətən isə 7,5% çoxdur. 

Xatırladaq ki, sonuncu dəfə sözügedən göstərici 30 milyard manatı 2017-ci il iyulun 1-nə üstələmişdi. 

Bankların aktivlərinin 11 872,5 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 13,4% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 36,1%-dən 39,5%-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,27% artaraq 25 507,0 milyon manata, o cümlədən depozit portfeli 10,9% artaraq 19 044,8 milyon manata çatıb. Bunun 8 471,6 milyon manatı fiziki, 10 573,2 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 6,3%, şirkətlərin banklardakı vəsaitləri isə 14,9% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 61,7% azalaraq 160,7 milyon manata düşüb.

Sektorun cəmi kapitalı isə 16,5% artaraq 4 583,0 milyon manata çatıb.

Son xəbərlər

Orphus sistemi