Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın bank sektorunda manat qıtlığı hiss olunur. "Report"un verdiyi xəbərə görə, bunu Mərkəzi Bankın (AMB) sədrinin birinci müavini Alim Quliyev
"Həm bank sektorunda, həm də Mərkəzi Bankda görüləcək işlərin sayı çoxdur", - deyən A.Quliyev bankların manatla kreditləşməni məhdudlaşdırması məsələsinə də toxunub. O bildirib ki, bankla müştəri kredit məsələsində sərbəstdirlər.
"Azərbaycanda banklar manatla kredit verilişini davam etdirir. Ancaq banklarda resursların əksəriyyəti dollarladır. Əhali əmanətlərini dollara çevirib. Ona görə də dollarla ifadə olunan resursların manata çevrilməsi lazımdır ki, manatla kredit verilsin. Banklar da kredit risklərini minimallaşdırmaq üçün dollarla kreditləşməyə üstünlük verirlər", - deyə AMB rəsmisi vurğulayıb.