Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 49,4 milyon manat xalis mənfəət əldə edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.
Ay ərzində bankların əməliyyat gəlirləri 217,6 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 1,5% çox), əməliyyat xərcləri 141,5 milyon manat (9% çox), xüsusi ehtiyatlara ayırmaları 20,9 milyon manat (46,8% az), mənfəət vergisi ödəmələri isə 5,7 milyon manat (7,55% çox) təşkil edib.